“Ötən il sağlamlıq imkanları məhdud olan 37 mindən çox uşağın ailəsinə səfər edilib”.
SİTAT.İNFO Apa-a istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev "Sosial saat"da deyib.
O bildirib ki, bu çərçivədə 30 mindən çox uşaqla qiyməətləndirmələr aparılır:
"Burada say fərqi ondan qaynaqlanır ki, uşaqlar qeydiyyatda olduğu evdə olmayıblar. Lakin proses davam etdirilir. Biz müraciət edirik ki, qiymətləndirmə aparıla bilməyən uşaqların valideynləri yeni ünvanları barədə bizə məlumat versinlər və həmin uşaqlarla da qiymətləndirmə aparaq. 4000-dən çox uşaqla bağlı qiymətləndirmələr zamanı onların sosial cəhətdən riskli qrupda olduqları qənaətinə gəlinib. Onlarla bağlı xüsusi layihələrin icrasına başlanılıb".