Macarıstan AB-yə Ukrayna ilə strateji tərəfdaşlıq sazişi bağlamağa və əməkdaşlığın səviyyəsini yüksəltməyi təklif edir, lakin Kiyevin Birliyə daxil olmasına imkan vermir.
Sitat.info xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Ukraynalılarla kənd təsərrüfatı, gömrük və təhlükəsizlik kimi müxtəlif məsələlər üzrə razılaşmanı nəzərdə tutan strateji tərəfdaşlıq sazişi bağlamağı təklif edirəm. Əməkdaşlığımızın artırılmasının tərəfdarıyam, lakin bu, üzvlük demək deyil”, - o bildirib.
Orban qeyd edib ki, əgər bu şərtlər yerinə yetirildikdən sonra Ukraynanı Avropaya yaxınlaşdırmaq mümkün olarsa, bir neçə ildən sonra növbəti addımları nəzərdən keçirmək mümkündür.
O, Fransa Prezidenti Makronu belə tədbirlərin zəruriliyinə inandırmaq istədiyini vurğulayıb.