Hamıya bəllidir ki, azərbaycanlılar müalicə üçün çox zaman xaricə üz tutmağa üstünlük verirlər. Mətbuatda bu məsələ dəfələrlə müzakirə olunub. Kimi dindirsən "ölkədə səhiyyənin vəziyyətindən məmnun deyiləm" deyəcək. Lakin bu dəfə fərqli mənzərənin şahidi olacaqsınız.
Sitat.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda bir xanım burun əməliyyatı üçün Almaniyadan Azərbaycana gəlib. Xanım bildirir ki, Almaniyada 3 dəfə burnundan estetik əməliyyat olunsa da, müsbət nəticə verməyib.
Ümumilikdə isə 5 dəfədən çox əməliyyat keçirib.
Burnundakı problemlər illərdir ki, ona əziyyət verir.
Bakıya üz tutan xanım Lor, estetik cərrah Məzahir Quliyevə müraciət edir və o, bu məsuliyyətli işi öz üzərinə götürür.
Alman həkimlərinin məmnun salmadığı pasiyentin əməliyyatdan iki həftə sonrakı görüntüsü sosial şəbəkələrdə viral olub və maraqla qarşılanıb.
Sosial şəbəkələrdə Almaniyada həkimlərin 5 əməliyyatda edə bilmədiyini azərbaycanlı həkimin bir əməliyyatla həll etməsi alqışlanıb.
Sitat.info həmin videonu təqdim edir:
Seymur,
Sitat.info