Nə Bakının, nə də İrəvanın Rusiyanın vasitəçiliyinə ehtiyacı var, onlar Rusiyanın Cənubi Qafqazdan çıxmasını təmin etməkdə həmrəydirlər.
Sitat.info xəbər verir ki, bu sözləri Aİİ İnstitutunun direktoru, rusiyalı politoloq Vladimir Lepexin ermən mediasına müsahibəsində deyib.
O əlavə edib ki, Azərbaycanın Türkiyə də daxil olmaqla, öz müttəfiqləri var, Ermənistan isə Qərbə doğru gedir, ona görə də Rusiya heç kimə lazım deyil:
“Əliyevin erməni məhbusları azad etmək qərarı bu yaxınlarda Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin hədiyyəsidir. Dövlət katibinin köməkçisi səfərinin nəticələrini göstərməkdə maraqlıdır. Onun rəhbəri Blinken də bunda maraqlıdır. Əliyev çox gözəl anlayır ki, ABŞ dövlət katibinin köməkçisinin çevik olması və Azərbaycanın düzgün istiqamətdə getdiyini söyləməsi üçün ona hədiyyə vermək lazım idi. Əliyev də bunu etdi - o, əsirləri azad etməyə və Ermənistanla dialoqa getməyə hazır olduğunu göstərdi.
Hər kəs öz bonusunu aldı. Amma ən böyük bonusu ABŞ alıb – o vaxt xoşbəxt olacaq ki, vəziyyətə nəzarət etsin, sülhməramlı kimi regiona daxil olsun və Rusiya getsin”.
O, Moskvanın buna cavab olaraq Rusiyada Ermənistanla Azərbaycan arasında görüş keçirmək təşəbbüsü ilə çıxış edə biləcəyini istisna etməyib:
“Ancaq bu, heç nəyi dəyişməyəcək. Bu gün Rusiyanın Cənubi Qafqazla bağlı mövqeyi yoxdur, ona görə də bu cəhdlər mənasız olacaq”.
Onun sözlərinə görə, Rusiya regiondakı vəziyyəti dondura bilməz:
“Rusiya ancaq özünü dondura bilər, Rusiya Federasiyasından kənarda heç nəyi dondura bilməz. Əgər o, Cənubi Qafqazı tərk edirsə və ya oradan sıxışdırılırsa, o zaman nəyisə necə dondura bilər? Rusiyanın başqa problemləri var, o, getdikcə daha çox iqtisadi məsələlərlə məşğul olur. Bundan başqa, prezident seçkilərinə, eləcə də Ukrayna ilə bağlı danışıqlara hazırlıq gedir”.