Ordumuz istənilən tapşırığın icrasına hazırdır - General

13:30 9 Dekabr 2023

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bundan sonra da qarşıya qoyulan istənilən tapşırıqların dəqiq icrasına hazır olduğunu qeyd edib.

Sitat.info xəbər verir ki, Z.Həsənov bu barədə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında bildirib.

Nazir Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun regionda sülhün bərqərar olmasına zəmin yaratdığını vurğulayıb.

Z.Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında Ordumuzun fəaliyyətini yüksək qiymətləndirməsinin gələcək xidmətimiz üçün böyük stimul olduğunu bildirib.



Xəbər xətti