Ötən gün dünyasını dəyişən diplomat, Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev bu gün dəfn olunub.
Sitat.info xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və dövlət rəsmiləri iştirak ediblər.