Dünya Müsəlman Alimlər Birliyi bütün dünyanı İsrailin blokadada olan Qəzza zolağına hücumlarını dayandırmaq üçün qlobal tətilə çağırıb.
Sitat.info xəbər verir ki, Dünya Müsəlman Alimlər Birliyi bu gün başlayacaq qlobal tətillə bağlı yazılı açıqlama verib.
Birlik, bəyanatda islam dünyası başda olmaqla bütün dünya xalqlarını 11 dekabrda tətilə başlamağa çağırıb: "Ümid edirik ki, ədalətsiz müharibəni dayandıracaq və günahsız insanların xilasını təmin edəcək”.
Kənan
Sitat.info