AB İrəvanla hərbi təlimlər keçirmək, erməni hərbçilərə isə təlim keçmək niyyətində deyil.
Sitat.info xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano deyib.
“AB Ermənistanla birgə hərbi təlimlər keçirmək imkanını nəzərdən keçirmir. AB hərbi ittifaq deyil, siyasi və iqtisadi birlikdir”, - o bildirib.
Stano qeyd edib ki, AB Ermənistan ordusunun hərbi personalına AB-yə üzv dövlətlərin ərazisində də təlim keçməyi planlaşdırmır:
“Ermənistan ordusuna Avropa Sülh Fondu vasitəsilə “qeyri-öldürücü formatda” dəstək verilməsi imkanlarını öyrənirik, lakin hələlik konkret qərarlar yoxdur”.