ABŞ veto qoydu, amma BMT səsverməyə çıxaracaq

10:30 11 Dekabr 2023

Sabah BMT Baş Assambleyası Qəzza zolağında təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsini səsverməyə çıxaracaq.

Sitat.info xəbər verir ki, bu barədə “Röyters” diplomatlara istinadla məlumat yayıb.

Bildirilib ki, bu addım ABŞ-ın ötən həftə BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında təcili humanitar atəşkəs tələbinə veto qoymasından sonra atılıb.

Qeyd edək ki, Baş Assambleya oktyabr ayında hərbi əməliyyatların dayandırılması üçün təcili və davamlı humanitar atəşkəsə çağıran qətnamə qəbul etmişdi.



Xəbər xətti