ETX-dən xəbərdarlıq: Tətbiq yeniləmələri...

14:30 11 Dekabr 2023

Tətbiq yeniləmələri cihazların təhlükəsizliyi üçün mühüm rol oynayır. Tətbiqlər yeniləndikdə həssas məlumatlar daha yaxşı qorunur.

Sitat.info xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Qeyd olunub ki, sonuncu versiya yenilənmədikdə kiberdələduzlar tətbiqlərin cari versiyasındakı boşluqlardan yararlanaraq cihazı və fərdi məlumatları ələ keçirə bilərlər:

“İstifadə olunmayan tətbiqləri silməyi tövsiyə edirik”.



Xəbər xətti