İrəvana dəstəyimiz lazımdır: Mirzoyanla görüşəcəm

14:45 11 Dekabr 2023

AB-nin Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasından əvvəl ilk görüşüm Ermənistan xarici işlər naziri ilə olacaq.

Sitat.info xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

“Xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl mən günə Ermənistanın xarici işlər naziri ilə görüşlə başlayacağam. Şərq Tərəfdaşlığı məkanında çətin vəziyyət var: Belarus, Ukrayna, həmçinin Cənubi Qafqaz. Gürcüstanın AB-yə üzvlük yolunda irəliləməsi yaxşı xəbərdir, lakin Ermənistandakı vəziyyət bizim güclü dəstəyimizi tələb edir. Onu necə artıra biləcəyimizə baxaq”, - deyə Borrell bildirib.



Xəbər xətti