Zelenskinin üçüncü ABŞ səfəri: Nələr müzakirə olunacaq?

15:48 11 Dekabr 2023

Ağ Evin sözçüsü Karine Jan-Pyer Ukrayna prezidenti Vladimir Zelenskinin sabah Vaşinqtona səfər edəcəyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Zelenskinin bu səfəri Rusiyanın 2022-ci ilin fevralında başlayan işğaldan sonra üçüncü səfəri olacaq.
Ağ Evin sözçüsü Karine Jean-Pierre,  ABŞ prezidenti Co Baydenin  Ukrayna prezidenti Vladimir Zeleniskini Vaşinqtona dəvət etdiyini deyib.

Bildirib ki, prezident Bayden Ukrayna prezidenti Vladimir Zelenskini Rusiyanın vəhşi işğalına görə qınadığını  deyib.

Dekabrın 12-də baş tutacaq görüşdə ABŞ-ın Ukrayna xalqına dəstəyi ifadə olunacaq. Liderlər, Rusiya Ukraynaya qarşı raket və dron hücumlarını artırdığı dövrdə Ukraynanın təcili ehtiyaclarını və ABŞ-ın bu kritik anda dəstəyini davam etdirməsinin həyati əhəmiyyətini müzakirə edəcəklər. 

Nərgiz,

Sitat.info



Xəbər xətti