Şiddətli yağış altında müsəlmanlar Kəbədə namaz qıldılar- (VİDEO)

18:06 11 Dekabr 2023

Səudiyyə Ərəbistanının Məkkə şəhərində yağan güclü yağış küçə və prospektlərin su basmasına səbəb olub. Müsəlmanlar şiddətli yağışlara baxmayaraq, Kəbədə namazlarını qılmağa davam ediblər.
Sitat.info xəbər verir ki, ötən gecə Səudiyyə Ərəbistanının Məkkə şəhərinə yağan güclü yağış daşqına səbəb olub.

Küçə və prospektlər su basdığı ​​şəhərdə nəqliyyatın hərəkəti dayanıb. Yüzlərlə müsəlman əlverişsiz hava şəraitinə baxmayaraq, Kəbənin yerləşdiyi Məscidül-Həramda namazlarını davam etdirib.

Məkkədə rəsmi qurumlar yerli əhalini və turistləri diqqətli olmağa, sel basan ərazilərə getməməyə çağırıb.

Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi yağış səbəbiylə riskli bölgələrdə sarı həyəcan rejiminə keçib. Bu hava şəraiti daha iki gün davam edəcək. 

Məğrur,

Sitat.info

 



Xəbər xətti