Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağı ilə bağlı Mərkəzi Seçki Komissiyasına bildiriş göndərib.
Sitat.info xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev paytaxt Moskvada jurnalistlərə açıqlamasında "Putinin qanuna uyğun olaraq prezident seçkilərində namizəd olacağına dair bildiriş aldıq" deyib.
Ölkənin Federasiya Şurası dekabrın 7-də toplanaraq prezident seçkilərinin tarixini müəyyənləşdirib və seçkinin 2024-cü il martın 17-də keçirilməsinə qərar verib.
Rusiya prezidenti Putin dekabrın 8-də 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.
Xatırladaq ki, Rusiyada əvvəlki prezident seçkiləri 2018-ci il martın 18-də keçirilib və Putin 76,69 faiz səslə prezident seçilib.
Nərgiz,
Sitat.info