Brüssel görüşündən sonra top yenə Rusiya meydanındadır. Məlum olduğu kimi, aprelin sonunda Nikol Paşinyan Rusiyada işgüzar səfərdə olacaq. Məhz orada da Putinin vasitəçiliyi ilə Əliyevlə Paşinyanın görüşü keçirilə bilər.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
“Rusiyada hansısa sənədin imzalanacağı da istisna edilmir. Sənədin hansı tərəfə daha çox sərf edəcəyi isə Ukrayna ilə münaqişə nəticəsində Rusiyanın hansı vəziyyətdə olmasından asılıdır”, - deyə iddia edilib.