Pakistanda intiharçı hücumlarda və yaranan qarşıdurmalarda 25 əsgər ölüb, 27 yaraqlı zərərsizləşdirilib.
Sitat.info xəbər verir ki, Pakistan ordusundan verilən açıqlamaya görə, səhər saatlarında Əfqanıstanla həmsərhəd Hayber Paxtunxvanın Dera İsmayıl Xan bölgəsində təhlükəsizlik məntəqəsinə bomba yüklü avtomobillə intiharçı hücumu həyata keçirilib.
Hücumda 23 əsgər həyatını itirib, 6 yaraqlı isə zərərsizləşdirilib. Bombanın təsirindən bir binanın çökməsi nəticəsində ölənlərin sayının artdığı, yaralananların olduğu bildirilir.
Digər tərəfdən, təhlükəsizlik qüvvələri silahlılara qarşı əməliyyat keçirib.
Darazinda başlayan qarşıdurmada 17 silahlı zərərsizləşdirilib. Kulaçidəki qarşıdurmada 2 əsgər həyatını itirib, 4 yaraqlı isə zərərsizləşdirilib.
Pakistan ordusu yaraqlıların hansı təşkilatın üzvü olduğu barədə məlumat paylaşmayıb.
Qeyd edək ki, bu il Pakistanda, xüsusilə Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.
İslamabad hücumların Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırıldığını və idarə olunduğunu iddia etsə də, Əfqanıstan bu iddiaları rədd edir.
Ayna,
Sitat.info