İsrail Ordusu bir xəstəxanaya tanklarla hücum etdi: Səhiyyə işçilərini öldürdü

16:00 12 Dekabr 2023

Qəzzanın şimalında yerləşən Kemal Advan xəstəxanasına bu gün işğalçı İsrail əsgərləri basqın edib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, ağır silahların istifadə olunduğu basqın zamanı tanklar xəstəxananın qapısına gəlib, İsrail ordusu da binanı top mərmiləri ilə atəşə tutub.

“Əl-Cəzirə”yə məlumat verən mənbə İsrail əsgərlərinin xəstəxanada tibb işçilərini öldürdüyünü, güllələdiyini bildirib.

Xəstəxanadan güllə səsləri eşidildiyi üçün bəzi tibb işçiləri həyatını itirib, xəstəxanada müalicə alan bəzi xəstələr də hücum zamanı yaralanıb.

Ayna,

Sitat.info



Xəbər xətti