Peskov jurnalistlərə açıqlamasında Qərbin Ukraynaya yardımını dəyərləndirib.
Sitat.info xəbər verir ki, Rusiyanın Kiyevə yardım prosesini çox yaxşı anladığını ifadə edən Peskov, "Ukraynaya göndərilən on milyardlarla dollar onların münaqişə bölgəsində uğur qazanmasına kömək etməyəcək, bunu hər kəsin anlaması vacibdir" deyib.
Qərbin Ukrayna iqtisadiyyatına göndərmək istədiyi on milyardlarla dolların “eyni fiaskoya məhkum olacağını” bildirən Peskov deyib ki, bütün bunlar həm münaqişə bölgəsindəki vəziyyəti, həm də Rusiyanın “Ukraynadakı xüsusi hərbi əməliyyatının kursunu dəyişməyəcək.
Peskov həmçinin qeyd edib ki, onlar Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Co Baydenin görüşünü diqqətlə izləyəcəklər.
Məğrur,
Sitat.info