İsrailin basqın etdiyi xəstəxanada 3 uşaq oksigen çatışmazlığından həyatını itirdi

20:04 12 Dekabr 2023

İsrail ordusunun bir neçə gündür Qəzza zolağında mühasirədə saxladığı və bu gün basqın etdiyi Kemal Advan xəstəxanasında oksigen çatışmazlığından 3 gündə 3 uşaq həyatını itirib.

Sitat.info xəbər verir ki, Kemal Advan Xəstəxanasının direktoru Əhməd əl-Kahlut İsrailin mühasirəsi səbəbindən xəstəxanada yeni yaralıların olmasından narahat olduğunu bildirib.

Kahlut son 3 gündə İsrailin mühasirəsində olan xəstəxanada 3 uşağın oksigen çatışmazlığından həyatını itirdiyini bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti