Ukrayna prezidenti Vladimir Zelenski ABŞ senatorlarına deyib ki, gələn il Rusiya Federasiyasına təzyiqləri davam etdirmək üçün silah lazımdır.
Sitat.info xəbər verir ki, Zelenskinin mətbuat xidmətinin məlumatına görə, O, ABŞ Konqresində Senatdakı Demokratlar Partiyasının lideri Çak Şumer, Senatdakı Respublikaçılar Partiyasının lideri Mitç Makkonel və digər senatorlarla görüş keçirib.
Zelenskinin qeyd etdiyi kimi, bu görüş Ukraynanın müstəqillik, azadlıq və demokratiya uğrunda mübarizəsində ona dəstəyin mühüm təsdiqidir.
Zelenski senatorları orta müddətli hərbi məqsədlər barədə məlumatlandırıb. Dövlət başçısı vurğulayıb ki, gələn il də Ukrayna işğalçıya təzyiqlərini davam etdirəcək, ona görə də ABŞ-ın dəstəyi çox vacibdir. Xüsusilə, uzaqmənzilli silahlara ehtiyac qeyd olunub.
Nərgiz,
Sitat.info
Həmçinin görüşdə Rusiyanın havadakı imkanlarını azaltmaq, mülki şəxsləri, kritik və taxıl infrastrukturunu qorumaq üçün Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinin vacibliyi müzakirə edilib.