İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə görüşündən sonra Vaşinqton administrasiyasının fikrinə zidd olaraq Qəzzanın daimi işğalı fikrini müdafiə etməyə davam edib.
Sitat.info xəbər verir ki, Netanyahu İsrail Baş Nazirliyinin Mətbuat İdarəsindən verilən yazılı açıqlamada, 1993-cü ildə Fələstin və İsrail arasında imzalanan Oslo razılaşmasına toxunaraq deyib: "Mövqeyimi açıq şəkildə bildirmək istərdim; İsrailin Oslo səhvini təkrarlamasına icazə verməyəcəyəm".
Osla razılaşması İsrailin bir razılaşma qarşılığında Qəzzanın işğalına son qoymasına səbəb oldu.
Qəzzada işğal əməliyyatları başa çatdıqdan sonra bölgənin hansı statusa sahib olacağı məsələsinə toxunan Netanyahu bu mövzuda ABŞ rəhbərliyi ilə fikir ayrılıqlarının olduğunu bildirib.
Kənan
Sitat.info