Bakı ilə birbaşa danışıqdan niyə qorxaq? – Mkrtçyan

10:35 13 Dekabr 2023

Əziz ermənilər, gözünüzü açın, son dövrün tarixindən dərs alın. Bizim Qarabağ məsələsində müttəfiqimiz yox idi. Bəzi erməni ekspert dairələri Ermənistan və Azərbaycanın vasitəçi olmadan birbaşa danışıqlar aparmasından narahat olduqlarını bildiriblər. Bu mütəxəssisləri sözlərinə diqqət etməyə çağırıram.

Sitat.info xəbər verir ki, bunu erməni politoloq Arutyun Mkrtçyan deyib.

“Əslində birbaşa danışıqlar Ermənistanı boğazından yapışıb Moskva platformasına çəkməkdən qat-qat yaxşıdır. Niyə birbaşa danışıqlara getməyək? Axı söhbət əsirlərin qaytarılmasından gedir; söhbət müharibədən qat-qat yaxşı olan danışıqlardan gedir. Bu ekspertlərə sual vermək istərdim: 32 əsirimizin danışıqlardan sonra geri qaytarmağın nəyi pisdir? Hətta güzəştlər bahasına olsa da, biz sülh müqaviləsinin imzalanmasına nail olmalıyıq. Sülh müqaviləsinin imzalanmasına gəlincə, İrəvan daxilində Qarabağın buraxılmış “parlamenti”nin keçmiş “deputatları” yenidən bu məsələsinin yükünü Ermənistanın ayağına asırlar. Əvvəlcə çox sadə bir suala cavab versinlər: onlar özləri Qarabağa qayıtmağa hazırdırlarmı? Əziz Qarabağ erməniləri, gözünüzü açın, son dövrün tarixindən dərs alın. Qarabağın “müstəqilliyi” məsələsində bizim müttəfiqimiz yox idi”, - o bildirib.



Xəbər xətti