Rusiya Kiyevə raket zərbələri endirib.
Sitat.info xəbər verirki, bu barədə Kiyevin meri Vitali Kliçko Teleqramda bildirib.
O qeyd edib ki, raket hücumu zamanı 45 dinc sakin yaralanıb:
“Yaralıların hamısı Dnepr rayonundandırlar. Xəstəxanaya yerləşdirilmiş yaralılar arasında iki uşaq da var. 27 nəfərə isə yerindəcə tibbi yardım göstərilib”.
Meriya açıqlayıb ki, raket qalıqlarının xəstəxana ərazisinə düşməsi nəticəsində orada böyük çuxur əmələ gəlib:
“Hospitalın pəncərələri sınıb, bir nəfər yaralanıb”.
Qeyd edək ki, Teleqramdakı monitorinq kanalları Rusiyanın Kiyevə “İsgəndər” olduğu güman edilən 4 ballistik raket atdığını bildirsələr də, bununla bağlı rəsmi məlumat hələlik verilməyib.
***
Rusiya hərbçilərinin Kiyevə raket hücumu nəticəsində yaralananların sayı 53-ə çatıb.
Bu barədə Kiyev meri Vitali Kliçko teleqramda yazıb.
Qeyd olunub ki, onlardan 20-si xəstəxanaya yerləşdirilib.
33 nəfərə isə həkimlər yerindəcə tibbi yardım göstərib.