Gəncədə “Mersedes”lə DYP maşını toqquşdu

10:48 13 Dekabr 2023

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Hadisə Bayraq meydanı yaxınlığında qeydə alınıb. “Mersedes” avtomobili ilə yol polisinə məxsus BMV toqquşub. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti