Füzulidə silah-sursat aşkarlandı

11:30 13 Dekabr 2023

İşğaldan azad edilən Füzuli rayonunda silah-sursat aşkarlanıb.

Sitat.info xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 12 avtomat, 5 pulemyot, 1 tapança və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.



Xəbər xətti