Ermənistanın Baş Prokurorluğu müdafiə nazirinin keçmiş müavini Alik Mirzəbekyandan və ailəsindən təxminən 1 milyard dramın, o cümlədən 10 daşınmaz əmlakın, 10 milyon dram dəyərində bir avtomobilin, 180 milyon dramdan artıq əmanət və istiqrazların, təxminən 90 milyon drama kimi qanunsuz vəsaitlərin geri qaytarılmasını tələb edir.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, iş artıq Korrupsiyaya qarşı Mübarizə Məhkəməsinə verilib.
Qeyd olunur ki, general Mirzəbekyan Ermənistan hərbi-sənaye kompleksinin “Krunk” və “X-55” kimi son dərəcə uğursuz layihələrinin “xaç atası”dır.