Azərbaycan Demokratiya və İnkişaf Mərkəzi yaradıldı

18:07 13 Dekabr 2023

Xaricdə yaşayan Güney azərbaycanlı milli-mədəni fəallar Azərbaycan Demokratiya və İnkişaf Mərkəzi yaradıblar.

Sitat.info xəbər verir ki, bu barədə təsisçilərin yaydığı məlumatda bildirilib.

Yeni yaradılan qurumun Mərkəzi Şurasına İsveçdə nəşr olunan “Tribun” jurnalının baş redaktoru Əlirza Ərdəbili, şair İsmayıl Cəmili, mədəni fəallar Aylar Çarıqçı, Ayaz İbadi, Umay Radmehr, Turac Muğanlı, Qəzəl Rəsuli, Məhəmməd Əzizi Qaraxanbəyli, Pinar Vüsuqi, Pərinaz Rəhmətullahi, Əfşar Abbasi, Əmir Mehdipur, Babək Aksun, Burla Əlioğlu, Məhəmməd Ənsari, Milad Talibi seçiliblər.

Azərbaycan Demokratiya və İnkişaf Mərkəzinin sözçüsü İsveçdə mühacirətdə yaşayan keçmiş siyasi məhbus və mədəni fəal Duman Radmehrdir.



Xəbər xətti