"Əhəmiyyətli olan yer deyil, məzmun və nəticədir".
Sitat.info xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel, tərəflər arasında birbaşa dialoq nəticəsində və ya AB və ABŞ-nin himayəsi altında Bakı ilə İrəvan arasında sülh müqaviləsinin harada bağlana biləcəyi ilə bağlı suallara toxunaraq deyib.
“Bir neçə gün əvvəl Ermənistan və Azərbaycanın birgə bəyanatı qismən bizim köməyimiz sayəsində mümkün oldu. Biz onları təşviq edirik və həmçinin Brüsseldə baş tuta biləcək görüşün təşkili üzərində işləyirik. Amma bizim fikrimizcə, ən önəmlisi görüş yeri deyil, nəticədir, çünki Ermənistanda, Azərbaycanda yaşayan insanların bizim üçün sülh, təhlükəsizlik və firavanlığı hər şeydən önəmlidir”, - Mişel bildirib.
Ayna,
Sitat.info