Sançes Aİ-dən İsrailə qarşı reaksiya tələb edib

20:57 13 Dekabr 2023

İspaniyanın baş naziri Pedro Sançes Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasında etdiyi çıxışında Avropa İttifaqından (AB) İsrail əleyhinə çıxış etməyi və “bəsdir” deməsini istəyib.

Sitat.info xəbər verir ki, İspaniya dekabrın sonunda Aİ-yə sədrliyini tamamlayacağı üçün Sançes AP Baş Assambleyasında çıxış edib.

"İsrail və Fələstində baş verənlər barədə açıq danışmağın vaxtı çatıb", - İspaniyanın baş naziri Avropa Parlamentinin deputatlarına deyib. O, “Səssizliyi tərk edin və İsrail və Fələstində baş verənlərlə bağlı eyni aydınlıq və birlik ilə danışın” çağırışı edib.

Kənan

Sitat.info



Xəbər xətti