İranın Turizm Nazirliyinin turizmi canlandırmaq üçün bəzi ölkələr üçün vizaların birtərəfli qaydada ləğvi ilə bağlı hökumətə təklif verdiyini bildirən Zərqami deyib: “Turizm Nazirliyinin müəyyən edilmiş prioritetlər istiqamətində 32 ölkəyə vizaların birtərəfli qaydada ləğv edilməsi təklifi Şura tərəfindən bəyənildi".
Sitat.info xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, mədəni irs, əl işləri və turizm naziri İzzətullah Zərqami paytaxt Tehranda keçirilən kabinet iclasından sonra mövzu ilə bağlı mətbuata açıqlama verib.
Hökumətin təklifi qəbul etdiyini və "ölkənin qapılarını dünyaya açmağa qərar verdiyini" ifadə edən Zərqami: "Bu, hökumətin verdiyi çox cəsarətli və tədbirli bir qərar idi. Nazirlik olaraq bizim işimiz xalqla danışmaqdır. Birtərəfli vizanın ləğvi əslində dünya xalqları ilə söhbət etmək deməkdir”, - deyib.
Seymur Bənnayev
Sitat.info