İsrailin PUA hücumu nəticəsində 2 fələstinli həyatını itirib

10:58 14 Dekabr 2023

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin şəhərində həyata keçirdiyi pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 2 fələstinli həyatını itirib.

Sitat.info xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyində yer alan xəbərdə İsrailin pilotsuz təyyarəsinin şəhərin şərqində təşkil etdiyi hücumda 4 fələstinlinin yaralandığı bildirilib.

Hücumda 2 fələstinlinin həyatını itirdiyi bildirilib. Fələstin Qızıl Aypara qruplarının ölən və yaralananların xəstəxanalara çatdırılması üçün çalışdığı qeyd edilib. 

Kənan

Sitat.info



Xəbər xətti