Arazdəyəndə inşası dayandırılan “Erməni-Amerikan” metallurgiya zavodu başqa yerə köçürüləcək.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, amerikalı investorların vəsaiti hesabına Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazidə tikintisi dayandırılan Arazdəyən (Yerasx) metallurgiya zavodu hökumətin bu gün qəbul etdiyi qərara əsasən köçürüləcək.
Zavod Ararat rayonunun Ararat kəndi ərazisində tikiləcək.