İran mətbuatında yer alan xəbərə görə, silahlı şəxslər polis bölməsinə hücum edərək 12 nəfəri öldürüb, 7 nəfəri isə yaralayıb.
Sitat.info xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Sistan-Bəlucistan valiliyi gecə saatlarında həyata keçirilən hücumla bağlı açıqlama verib.
“Raskda polis bölməsinə edilən terror aktı nəticəsində 11 nəfər şəhid olub”, - deyə məlumatda bildirilir.
Seymur Bənnayev
Sitat.info