İsrail ordusu Fəfələstinlilərə məxsus avtomobili raketlə vurub

13:31 15 Dekabr 2023

Maşında olan şəxslərin raketin vurulmasından az əvvəl qaça bildiyi, hücumda ölən və yaralananların olmadığı bildirilib.

Sitat.info yerli mətbuata istinadən xəbər verir ki, İsrail ordusunun kəşfiyyat təyyarəsinin İordan çayının qərb sahilindəki Nablus şəhəri yaxınlığındakı Balata Qaçqınlar Düşərgəsində bir Fələstin avtomobilini raketlə hədəfə aldığını bildirib.

Kəşfiyyat təyyarəsindən maşına iki raket atıldığı, birinci raket buraxıldıqdan sonra ikinci raketin düşməsindən əvvəl avtomobildəki insanların xilas olduğu bildirilib.

Kənan

Sitat.info



Xəbər xətti