İsrail ordusunun 7 oktyabrdan bəri şiddətli hücumlar həyata keçirdiyi Qəzza zolağı və işğal altındakı İordan çayının qərb sahilində 3 714 şagirdi öldürdüyü açıqlanıb.
Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın Fələstin Milli Təhsil Nazirliyinə əsaslanaraq verdiyi xəbərdə İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağında 3 min 679 şagirdi öldürdüyü, 5 min 429 şagirdi isə yaraladığı bildirilib.
İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində 35 tələbəni öldürdüyü, 271 nəfəri yaraladığı, 82 nəfəri saxladığı bildirilib.
Seymur Bənnayev
Sitat.info