Delimitasiya: hər tərəf öz xəritəsini təqdim edir - Qriqoryan

16:29 15 Dekabr 2023

“Dünyanın kəsişməsi” layihəsində artıq işlənib hazırlanmış və icra mərhələsində olan infrastrukturlar var. Söhbət şimal-cənub marşrutundan gedir. Qalan hissələrə gəldikdə isə qəti bir qiymətləndirməyə malik olmaq üçün hələ tədqiqat aparılmalıdır.

Sitat.info xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib.

“Amma deyə bilərəm ki, Horadiz-Arazdəyən dəmir yolunun tam dəyəri bir il əvvəl hesablanıb, səhv etmirəmsə, təxminən 230 milyon dollardır”, - Qriqoryan bildirib.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycanla növbəti görüşün tarixləri hələ müəyyən edilməyib:

“Delimitasiya və demarkasiya prosesi kifayət qədər uzun vaxt aparacaq, çünki proses kifayət qədər mürəkkəbdir. Tərəflər topoqrafik xəritələrlə, eləcə də hüquqi əhəmiyyət kəsb edən sənədlərlə işləyəcəklər. Proses illərlə çəkə bilərmi? Mən bunu istisna edə bilmərəm, çünki görüşlər zamanı hər bir tərəf xəritə və sahə, sərhədin müəyyən təsviri olan hüquqi sənədlər təqdim edir, müzakirə və fikir mübadiləsi başlayır”.



Xəbər xətti