Tank əleyhinə xəndək, metal kirpilər: Ağdərədən görüntülər

16:45 15 Dekabr 2023

İşğaldan azad edilən Ağdərə ərazisində minatəmizləmə əməliyyatlarının aparıldığı sahələrə mediatur təşkil olunub.

Sitat.info Trend-ə istinadən xəbər verir ki, səfərin məqsədi işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə işləri ilə tanış olmaqdır.

Jurnalistlər əvvəlcə Ağdərə-Tərtər yolunun üzərində və ətrafında döyüş mövqeləri, mühəndis-istehkam qurğuları yerləşdirilmiş, minalar basdırılmış hissəsinə gəliblər. Ermənilərin mifik obraza çevirdiyi “Ohanyan xətti”ndə düşmən tərəfindən yaradılan maneələr və mina əraziləri ilə tanışlıq olub.

Sonra media nümayəndələri əllə və minaaxtaran itlər vasitəsilə həyata keçirilən təmizləmə işlərinə baxış keçiriblər.



Xəbər xətti