AB qərar verdi! Ukrayna və Moldova ilə üzvlük danışıqları başlayır

17:00 15 Dekabr 2023

Belçikanın paytaxtı Brüsseldə toplanan Avropa İttifaqına üzv ölkələrin liderləri Macarıstanın etirazlarına baxmayaraq, Ukraynanın Aİ üzvlüyünə yaşıl işıq yandırıblar. Aİ Şurasının sədri Mişel Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq qərarını açıqlayıb. Bununla belə, o, qərarın təfərrüatlara varmadan yekdillik tələb etdiyini bildirib.

Aİ Şurasının Gürcüstana da namizəd statusu verdiyini deyən Mişel, üzvlük meyarlarına lazımi uyğunluq səviyyəsinə çatdıqda, digər namizəd olan Bosniya və Herseqovina ilə üzvlük danışıqlarına başlanılacağını və Aİ-nin komissiyadan hazırlıq tələb etdiyini bildirib. Gələn ilin mart ayına qədər Bosniya və Herseqovina ilə bağlı bir hesabat hazırlanmalıdır. 
"Bu, Ukraynanın qələbəsidir. Bütün Avropanın qələbəsidir. Həvəsləndirən, ruhlandıran və gücləndirən qələbə", - Ukrayna prezidenti Vladimir Zelenski belə reaksiya verib. 

Ukraynanın AB üzvlüyünə qarşı çıxan Macarıstanın baş naziri Viktor Orban iclasda bitərəf qaldığını bildirərək, “Ukraynanın AB üzvlüyü pis bir qərardır. Macarıstan bu pis qərarda iştirak etmək istəmir" - deyə qeyd edib.

Nərgiz,

Sitat.info



Xəbər xətti