İndi dalğa dəyişib, İsrail tənhalığa doğru gedir - Ərdoğan

17:11 15 Dekabr 2023

"Dünyanın İsrailə necə baxdığını görmək lazımdır. Unutmayın, BMT Baş Assambleyasında 121 ölkə İsrailə qarşı çıxdı və bu 121 ölkə bizimlə hərəkət etdi. 40 ölkə bitərəf qaldı, 10 ölkə İsrailə dəstək verdi. Ancaq indi zaman dəyişdi. İsrail indi tənhalığa doğru gedir".

Sitat.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

O bildirib ki,  indiki məqamda İsraildən yaxşı niyyət gözləmək mümkün deyil: " Amma İsraildən yaxşı niyyət gözləməkdənsə, indi bütün dünyanın İsrailə necə baxdığını görməliyik. Xatırlayın, BMT Baş Assambleyasında 121 ölkə  İsrailin əleyhinə idi və bu 121 ölkə bizimlə hərəkət etdi. O zaman 40 ölkə bitərəf qaldı, 10 ölkə Amerika ilə birlikdə İsrailin tərəfində qaldı. Amma İndi dalğa dəyişib və bu ölkələrin əhəmiyyətli dərəcədə artıb, onlar bizimlə birlikdə hərəkət edirlər. Bu İsrailin indi tənhalığa doğru getdiyini göstərir. İsrailin bu tənhalığı gələcəkdə daha da artacaq".

Ayna,

Sitat.info



Xəbər xətti