Çində dəhşətli metro qəzası yaşanıb. Belə ki, dünən Pekində metronun yerüstü hissəsində qar fırtınasının təsiri ilə qarda sürüşkən olan relslərin üzərində təcili dayanan qatar dayanmış başqa bir qatara çırpılıb. . Qəzada 515 nəfər xəstəxanaya yerləşdirilib, 102 nəfər ağır yaralanıb.
Bildirilib ki, hərəkətin sıx olduğu saatlarda baş verən qəza, hava şəraiti ilə əlaqədar siqnalla bağlı nasazlıq və təcili əyləc nəticəsində baş verib.
Səhər saatlarına kimi xəstəxanaya yerləşdirilən 515 nəfərdən 423-nün müalicəsi tamamlanaraq xəstəxanalardan buraxılıb. Qəzada insan itkisi olmayıb.
Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.
Ayna,
Sitat.info