Bayden Türkiyəyə F16-ları satmağa hazırdır -Ərdoğan

17:43 15 Dekabr 2023

Bayden Ərdoğanı F-16-ların Türkiyəyə satışına müsbət yanaşdığına inandırıb.

Sitat.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenin cümə axşamı telefon danışığında Ankaraya F-16 qırıcılarının satışına müsbət yanaşdığına əmin olduğunu bildirib.

“Biz dünən Baydenlə ətraflı danışdıq. Söhbətdə əsas mövzulardan biri F-16 məsələsi olub. Bayden bildirib ki, o, özü də təyyarələrin satışına müsbət yanaşır və müvafiq təklifi Konqresə təqdim etməyə hazırdır”, - deyə Ərdoğan jurnalistlərə bildirib.

Nərgiz,

Sitat.info



Xəbər xətti