Rusiya XİN rəhbəri Sergey Lavrovun Moskvada keçirilən “Rusiya-Ermənistan” ictimai forumunun iştirakçılarına ünvanlanan məktubunda Rusiya-Ermənistan münasibətlərinə toxunub.
Paşinyanın son 1 ildə Rusiya asılılığından xilas olmaq üçün atdığı addımlara işarə edən Lavrov deyib ki, Moskva və İrəvan arasında müttəfiqlik əlaqələri sınağa çəkilir.
“Bu gün Qərbin qardaş xalqlarımız arasında münasibətlərə zərbə vurmaq cəhdləri fonunda Moskva və İrəvan arasında müttəfiqlik əlaqələri möhkəmlik baxımından sınanır” – deyə Lavrov bildirib.
Nərgiz,
Sitat.info