ÜST-dən elektron siqaret xəbərdarlığı

18:20 15 Dekabr 2023

Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretlərlə bağlı xəbərdarlıq edərək təcili tədbirlər görməyə çağırıb.

Sitat.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı öz bəyanatında elektron siqaretlərin tütündən imtinada təsirli olmadığını, əksinə fərqli bir asılılıq yaratdığını bildirib.

Açıqlamada xüsusilə gənclərə təklif olunan elektron siqaretlərin sosial media vasitəsilə uşaq və gənclərə heç bir yaş məhdudiyyəti qoyulmadan satıldığı qeyd olunub.

Rəsmiləri təcili tədbirlər görməyə çağıran ÜST: “34 ölkədə elektron siqaretlərin satışı qadağan edilib, 88 ölkədə elektron siqaretlərin alınması üçün minimum yaş həddi yoxdur, 74 ölkədə isə bu zərərli məhsullarla bağlı heç bir qayda yoxdur", -açıqlamasında bildirib. 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti