Hizbullah İsraillə Livanın cənubunda baş verən qarşıdurmalarda daha bir üzvünün öldüyünü açıqlayıb.
Sitat.info xəbər verir ki, Hizbullah İsrail ordusu ilə Livan-İsrail sərhədində baş verən qarşıdurmalarla bağlı açıqlama verib.
Açıqlamada Hizbullah Hüseyn Əli İsa adlı üzvünün "Qüds uğrunda" həyatını itirdiyini iddia edib.
Oktyabrın 8-dən İsrail ordusu ilə toqquşmalarda həlak olan Hizbullah üzvlərinin sayı 106-ya yüksəlib.
Seymur Bənnayev
Sitat.info