BMT: 3 ölkədə 230 min insan yoxsullaşacaq

21:32 15 Dekabr 2023

Birləşmiş Millətlər Təşkilatı İsrailin Qəzzaya hücumlarının üçüncü ayını tamamlasa, Misir, Livan və İordaniyada 230 min insanın yoxsullaşacağını və bu ölkələrin təxminən 10,3 milyard dollar gəlir itirəcəyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının (BMTİP) rəsmi internet saytında edilən yazılı açıqlamada, BMTİP və BMT-nin Qərbi Asiya İqtisadi və Sosial Komissiyasının (ESCWA) İsrailin Qəzzaya hücumlarının qonşu  ölkələrə təsirini qiymətləndirdiyi bildirilib.

Açıqlamada Qəzzaya edilən hücumların qonşu ölkələrin sosial-iqtisadi tənəzzüllə üzləşməsinə səbəb olduğu vurğulanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti