De Brüynenin evi qarət olundu

15:48 18 Dekabr 2023

“Mançester Siti” klubunun belçikalı ulduz futbolçusu Kevin De Brüynenin belçikadakı evi qarət olunub.

Sitat.info xəbər verir ki, bu barədə HLN nəşri məlumat yayıb.

Məlumata görə, hadisə şənbə günü baş verib. Naməlum şəxslər futbolçunun Hyosden-Zoldere şəhərindəki evinə soxulublar.

Evdən nələrin oğurlandığı barədə məlumat verilməyib.

Futbolçu və ailəsinin oğurluq baş verən zaman evdə olmadığı bildirilib.



Xəbər xətti