Abdullahian Küveytin yeni əmiri ilə görüşdü

17:14 18 Dekabr 2023

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Küveyt əmiri şeyx Meşal əl-Əhməd əl-Cabər əs-Sabahla görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.

İran və Küveyt arasında münasibətlərin müsbət olduğunu deyən Abdullahian yeni əmirin dövründə bu əlaqələrin daha da genişlənəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Küveytdə səfərdədir.



Xəbər xətti