Bakıda daha bir göydələndə yanğın baş verdi

10:58 19 Dekabr 2023

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 400 m² olan 16 otaqlı mənzilin mətbəxində 3 ədəd paltaryuyan, 0,5 m² sahədə mətbəx mebeli və 1 m² sahədə yataq dəsti yanıb.

Sitat.info xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, bundan öncə Yasamalda hündürmərtəbəli binada yanğın baş vermişdi.



Xəbər xətti