Livanın Baş naziri Nəcib Mikati İsrailin Livanın cənubuna hücumlarına hər sahədə müqavimət göstərdiklərini bildirib.
Sitat.info xəbər verir ki, Livanın baş naziri Nəcib Mikati, paytaxt Beyrutda Nazirlər Şurasının iclasından əvvəl İsrailin oktyabrın 8-dən bəri Livanın cənubuna etdiyi hücumlardan danışıb.
Qəzza zolağında baş verən faciə və soyqırım, Livanın cənubuna təkrar hücumlar səbəbiylə 74 gündür böyük iztirablar yaşandığını bildirən Mikati deyib: "Cənubdakı xalqımız İsrailin hücumlarının qurbanıdır. Kəndlər, torpaqlar və bütün əkinləri yandırırlar”.
Seymur Bənnayev
Sitat.info