İngiltərənin keçmiş müdafiə naziri Ben Uolles İsrailin “öldürücü qəzəbi” səbəbindən Qəzzada qanuni əsasını itirdiyini bildirib.
Sitat.info xəbər verir ki, İngiltərənin keçmiş müdafiə naziri Ben Uolles “The Telegraph” qəzetinə yazdığı məqalədə İsrailin baş naziri Benyamin Netanyahunun gələcəyi uzunmüddətli perspektivdə görə bilmədiyini qiymətləndirib.
"İsrailin özünümüdafiə haqqını dəstəklədiyinə" işarə edən Uolles deyib:
"Mən də Cenevrə Konvensiyaları üzrə öhdəliklərimizə çox inanıram və bütün tərəflərin onlara əməl etməsini gözləyirəm. HƏMAS-ın arxasınca getmək qanunidir, lakin Qəzzanın əksəriyyətini məhv etmək qanuni deyil. Proporsional gücdən istifadə qanuni, lakin kütləvi cəza və mülki vətəndaşların zorla köçürülməsi qanuni deyil".
Seymur Bənnayev
Sitat.info